Interposta.Info

Rusiya Əfqanıstandan bu ölkə vətəndaşlarını təxliyyə edəcək

Dünya
 25-08-2021, 09:45     382

Rusiya Əfqanıstandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan digər ölkələrin, Ukrayna və öz vətəndaşlarını təxliyyə edəcək.

“İnterPosta” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Prezident Vladimir Putin bu məsələ ilə bağlı göstəriş verib.

Məlumata əsasən, ümumilikdə Əfqanıstandan müxtəlif ölkələrin 500-dən çox vətəndaşı təxliyyə olunacaq. Həmçinin, ölkə rəhbərinin göstərişini həyata keçirmək üçün 4 hərbi-nəqliyyat təyyarəsindən ibarət aviaqrup yaradılıb.

Bildirilir ki, bu təyyarələrin göyərtəsində hərbi həkim briqadaları, həmçinin su və qida ehtiyatı da var./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26