Interposta.Info

Vaşinqton polisi Kapitoliyə hücumun terror aktı olub-olmamasına aydınlıq gətirib

Dünya
 3-04-2021, 08:58     168

ABŞ-ın paytaxtı Vaşinqton şəhər polisinin rəhbəri Robert Konti bildirib ki, Kapitolinin nəzarət-buraxılış məntəqəsində baş vermis hadisə terrorizmlə bağlı deyil.

"Bu, terrorizmlə bağlı hadisə deyil, amma biz araşdırmanı davam etdirəcəyik", - Konti mətbuat konfransında deyib.

Vaşinqton polisi rəhbərinin sözlərinə görə, avtomobilin sürücüsünün öldürülməsindən sonra yeni hücum təhlükəsinin olduğunu güman etməyə əsas yoxdur. Hadisə zamanı cinayətkardan başqa həmçinin xəsarət almış polis əməkdaşlarından biri də həlak olub.

Bu mərhələdə Vaşinqton polisi hücumun motivlərini müəyyənləşdirir.

Həmçinin məlum olub ki, Kapitoli ərazisinin bloklanması ləğv edilib.

ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb. Bundan sonra sürücü bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Nəticədə 2 polis əməkdaşı yaralanıb. Hücum edən şəxs güllələnərək öldürülüb, eyni zamanda polis əməkdaşlarından biri də aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26