Interposta.Info

Ermənistanda hərbi vəziyyət ləğv olunur

Dünya
 23-03-2021, 15:53     652

Ermənistan parlamentindəki ən böyük blok - "Mənim addımım” martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

"Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik”, - deyə A. Mirzoyan qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26