Interposta.Info

Paşinyan prezident iqamətgahına zibil maşınında girib - (İDDİA)

Dünya
 13-03-2021, 20:40     506

Ermənistanın baş naziri Nikol Paşinyan etirazçılara görünməmək üçün fərqli üsulla prezident iqamətgahına gəlib.

"İnterPosta"xəbər verir ki, bu barədə "mediaport” teleqram kanalı məlumat yayıb. İddiaya görə Paşinyan "Baqramyan 26” küçəsində toplaşan etirazçılara görünməmək üçün həmin ərazidə yerləşən prezident iqamətgahına zibil maşınında daxil olub.

Orada Ermənistan prezidenti Armen Sarkisyanla görüşdən sonra isə Paşinyan iqamətgahdan polis nəzarətində uzaqlaşa bilib. /Yeniavaz.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26