Interposta.Info

Sarkisyan xəstəxanaya yerləşdirildi

Dünya
 12-03-2021, 20:41     394

Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

"İnterPosta” xəbər verir ki, bu barədə "Sputnik Armeniya”ya onun köməkçisi Asmik Petrosyan bildirib.

Sarkisyan Yerevandakı "Astxik” tibb mərkəzində müalicə olunur. Petrosyanın sözlərinə görə, prezidentin səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və o, bu səbəbdən klinikaya yerləşdirilib.

Qeyd edək ki, Armen Sarkisyana bu ilin yanvarında koronavirus diaqnozu qoyulub. O, Londonda müalicə olunub və fevralın 8-də Ermənistana qayıdıb.

Sabah Sarkisyanın baş nazir, parlamentin fraksiya rəhbərləri və müxalifətçilərlə görüşü olacaqdı./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26