Interposta.Info

Slovakiya səhiyyə naziri rus peyvəndinə görə istefa verdi

Dünya
 12-03-2021, 10:24     577

Slovakiya səhiyyə naziri Marek Krayçi, ölkənin Avropa Birliyində qeydiyyata alınmayan "Sputnik V” peyvəndini tədarük etməsindən sonra hökumət koalisiyasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq üçün istefaya gedib.

Krayçi bu barədə Bratislavada keçirdiyi mətbuat konfransında açıqlama verib.

Baş nazir İqor Matoviç isə ona fəaliyyətinə görə təşəkkürünü bildirib.

"Sputnik V”nin alınmasına təşəbbüs göstərən Matoviçin isə vəzifəsində qalacağı bildirilir, buna baxmayaraq koalisiyadakı dörd partiyadan ikisi onun istefasını tələb edir.

Eyni zamanda Krayçi, gözlənildiyi kimi, Slovakiya Milli Şurasının səhiyyə komitəsinin sədrliyinə keçəcək.

Qeyd edək ki, Slovakiya Rusiya istehsalı "Sputnik V”nin ilk partiyasını 1 martda tədarük edib. Ölkədə peyvəndlənmə kampaniyasına martın 2-ci yarısında başlanılacaq. /qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26