Interposta.Info

Rusiya “S-400”lərinin qənimi gəlir DÜNYANIN ƏN MÜDHİŞ TƏYYARƏSİ...

Dünya
 12-03-2021, 09:27     422


ABŞ-ıın “B-21 Raider” strateji bombardmançı təyyarəsi Rusiyanın “S-400” “Triumf” tipli hava əleyhinə müdafiə sistemlərinə, habelə Çinin” J-20” qırıcılarına qarşı əsl “qatil” rolunu oynaya bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb. Jurnalın yazısında “B-21 Raider” təyyarələrinin xarici görünüşünə görə “B-2 Spirit” bombardmançılarına bənzədiyi qeyd olunub. Bu təyyarənin ən böyük özəlliyi radara yaxalanmadan və sezilmədən düşmənin ərazisinin lap dərinliklərinə qədər irəliləyə bilmək qabiliyyətidir.

Hələ bu ilin mart ayında “The Drive” jurnalı ABŞ hökumətinin “B-21”lərə yüklənəcək istilik mübadilə sistemlərinin işlənib hazırlanması üzərində çalışdığını qeyd etmişdi.

“Popular Mechanics” “Northrop Grumman” korporasiyasının istehsalı sayılan “B-21 Raider”ləri dünyada mövcud olan ən müdhiş təyyarə adlandırıb.

Gələn məlumatlara əsasən, ABŞ Hərbi-hava qüvvələri 100-dən çox “B-21” təyyarəsi almağı və buna görə 80 milyard dollar pul sərf etməyi planlaşdırır. Birləşmiş Ştatlar rəhbərliyi gələcəkdə “B-1B Lancer” və “B-2 Spirit” bombardmançılarını onlarla əvəz etməyi düşünür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26