Interposta.Info

Ermənistanda HƏYƏCANLI ANLAR: SNAYPERLƏR GƏTİRİLDİ FOTO

Dünya
 3-03-2021, 18:52     404

Ermənistan Baş naziri Nikol Paşinyan polisin rəhbərliyi ilə görüş keçirir.

"İnterPosta" axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.

Baş nazirin mətbuat xidməti isə bu məlumatı təkzib edib.

Yaxın saatlarda Paşinyanın, həmçinin parlamentə gələcəyi bildirilib. Burada o, deputatların suallarını cavablandıracaq.

Müxalifət də artıq tərəfdarlarını parlament qarşısına toplayacağını bildirib. Buna görə də polis parlament və hökumətin binalarında mühafizəni ən yüksək səviyyəyə çatdırıb. Bu binaların yaxınlığına snayperlər belə yerləşdirilib.

Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyan ordunun Paşinyanın əmrlərinə tabe olmayacağı ilə bağlı məlumat yayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26