Interposta.Info

Ermənistanda tabor və bölük komandirləri fərarilik etdi

Dünya
 12-02-2021, 10:05     615

Ermənistan ordusunun hərbi qulluqçuları arasında xidmətdən imtina və hərbi hissəni özbaşına tərk etmə halları artıb. Hərbi hissələrin birində eyni gündə tabor komandiri və bölük komandiri də daxil olmaqla bir neçə hərbi qulluqçu fərarilik edib.

Əsgərlərin bəziləri hərbi polis tərəfindən xidmət yerinə qaytarılsa da, hərbi qulluqçular Darnik Saroyan və Henriki Tatevosyanın axtarışları davam edir.

Komandanlıq kütləvi fərarilik faktını ört-basdır etmək məqsədilə hüquq-mühafizə orqanlarına məlumat verməyib. /Virtualaz.org

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26