Interposta.Info

Girov götürülən Türkiyə gəmisində gizlənən üç dənizçi ölkəsinə gətirildi (FOTO)

Dünya
 30-01-2021, 14:16     550

Nigeriya sahillərində girov götürülən Türkiyəyə məxsus "Mozart” gəmisindən qaçırılan üç nəfər İstanbula gətirilib.

"Haber Global” məlumat verir ki, onlar türkiyəli dənizçilər Furkan Yaren, İlhan Süha Tatlıgül və Bahadır Yeşilalandır.

Dənizçilər Qabonun paytaxtı Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə səhərə yaxın vətənlərinə çatıblar.

Xatırladaq ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.\oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26