Interposta.Info

Rusiya Baydenin inauqurasiyasına dəvət edildi – Bu səviyyədə...

Dünya
 12-01-2021, 09:36     399

Rusiya 20 yanvar tarixinə təyin olunmuş yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etmək üçün səfir səviyyəsində iştirak etmək şərtilə ABŞ-dan dəvət alıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyindən məlumat verilib.

"Dəvət alındı. Səfir səviyyəsində iştirak etmək planlaşdırılır”, - rusiyalı diplomatlar qeyd edib.

Ümumiyyətlə, xarici dövlətlərin səfirləri prezidentin andiçmə mərasimində iştirak edirlər, lakin bu il tədbir azaldılmış tərkibdə keçirildiyinə görə diplomatlar üçün yerin tapılıb-tapılmayacağı bəlli deyildi.

Əvvəlcə mərasimə yalnız Konqres üzvlərinin və qonaqlarının qəbul ediləcəyi məlum idi - hər biri üçün cəmi bir nəfər, yəni 1100 nəfərdən bir az az.
Qeyd edək ki, Demokrat Co Bayden 3 noyabrda ABŞ-da prezident seçkisində qələbə çalıb. O, məğlubiyyətini etiraf etməyən hazırkı Amerika lideri Donald Trampın 232 səsinə qarşı 306 seçici səsini qazanıb.

6 yanvarda Tramp Vaşinqtonda keçirdiyi mitinqdə tərəfdarlarını "zəif Respublikaçılara kömək etmək" üçün Kapitoliyə gəlməyə çağırıb. Kütlə Kapitoliyə basqın edib, binaya soxulub və Baydenin qələbəsinin təsdiq etməkdə olan Konqresin iclasını kəsərək iğtişaş salıb. Qarşıdurmalar beş nəfərin ölümünə səbəb olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26