Interposta.Info

Vuhanlı virusoloqdan şok anons: Yeni koronavirus növü gəlir

Dünya
 5-12-2020, 10:59     652

Çinin cənubundakı və cənub-qərbindəki yarasalar insanlara keçə bilən digər koronavirusların daşıyıcısıdır.

Qaynarinfo xəbər verir ki, bunu Vuhan Virologiya İnstitutunun mütəxəssisi Şi Zhengli deyib.

Onun sözlərinə görə, Sars-CoV-2 ilə qohum viruslar əsasən Çindən kənarda, Cənubi Asiyada yayılıb. "Guardian”ın yazdığına görə, yarasalar koronavirusların ilkin daşıyıcısı olsa da, Sars-CoV-2 əvvəlcə müəyyən bir "vasitəçi" heyvana yoluxub və yalnız sonra insanlara çatıb. Zhengli qeyd edib ki, indi "vasitəçi daşıyıcı"nı müəyyənləşdirmək lazımdır.

Materialda göstərilir ki, virus 2019-cu ilin sonunda aşkarlanana qədər heyvanlar və hətta insanlar arasında nə qədər dövr etdiyi hələ də bilinmir. Zhengli və bir qrup elm adamı Hubey əyalətindəki kənd təsərrüfatı heyvanlarında virus aşkar etməyiblər.

Professor Edvard Holms ÇXR-dəki bir həmkarı ilə virusun uzun müddət ara daşıyıcı-vasitəçidə ola biləcəyinə dair fikirlərini qəbul edib. O, üzə çıxandan əvvəl bir neçə ay insanlar arasında ola bilərdi. Üstəlik, ona görə, koronavirusun heyvandan insana keçməsi Vuhan və hətta Hubeydə də baş verə bilməzdi.

Vuhan viroloqunun qeyd etdiyi kimi, belə bir ara əlaqə yarasanın yoluxdurduğu panqolin (top kimi bükülən kərtənkələ) ola bilər. Beləliklə, yayılma mənbəyi Çin xaricində axtarılmalıdır, çünki panqolinlər digər Asiya ölkələrindən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir.

Qlazqo Universitetinin professoru David Robertson da öz növbəsində araşdırmanın mütləq Çində aparılmalı olduğuna əmindir, çünki insanları yoluxduran koronavirusun mutasiyalarının əksəriyyəti virusun yarasalarda tapıldığı zaman meydana gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26