Interposta.Info

Bu türk ölkəsində korona "yoxdur", amma xəstəxanalar...

Dünya
 5-09-2020, 09:29     809

Türkmənistanda xəstəxanalar kəskin COVİD-19 simptomları olan xəstələrlə doludur.

"İnterPosta" Virtualaz.org-a istinadən xəbər verir ki, Hərçənd Orta Asiyanın bu ölkəsi rəsmən koronavirusa yoluxma halının baş vermədiyini deyir. Paytaxt Aşqabadda tibb işçiləri sentyabrın 3-də bildiriblər ki, vəziyyət son üç həftədə daha da pisləşib və ölü sayı da artmaqdadır.

Tibb meşçiləri öz arzularının əksinə olaraq karantin zonalarında iki həftə meşləməyə məcbur edilir və qoruyucu şəxsi ləvazimatı da öz ciblərindən almalı olurlar.Bəzi hallarda təcrübəli tibb bacılarının iki aydan da artıq müddət ərzində karantin zonalarından çıxması qadağan olunur.

Hökumət isə hələ də ölkədə koronavirusa yoluxma olmadığını söyləyir, baxmayaraq ki, bu iddiaya artıq inanan qalmayıb. Bir çox adamlar evdə müalicə olunmağa üstünlük verirlər, COVİD-19 simptomları olan xəstələrin qaldığı xəstəxanalarda yoluxmaqdan ehtiyatlanırlar.COVİD-19-a bənzər ağciyər xəstəliyindən dünyasını dəyişənlərin cəsədləri qohumlarına xüsusi plastik torbalarda təhvil verilir, ölkə boyunca təzə qəbirlərin sayı da artmaqdadır.

Dünya Səhiyyə Təşkilatı (DST) avqustun 7-də Türkmənistanda atipik pnevmoniya hallarının artmasından narahatlıq bildirib, Aşqabadı ölkədə müstəqil koronavirus testləri aparmağa icazə verməyə çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26