Interposta.Info

Bu ölkədə hərbi qiyam: Prezident və Baş nazir həbs edildi

Dünya
 18-08-2020, 23:53     734

Malidə hərbi çevrilişə cəhd olub.

Paytaxt Bamako yaxınlığındakı hərbi qərargahdan silah səslərinin gəldiyi və bir neçə nazir və yüksək rütbəli zabitin saxlanıldığı iddia edilib.

Rəsmi məlumat yoxdur.

***

Hökumət üsyançı hərbçiləri təmkinli olmağa çağırır və anlaşılmazlığı aradan qaldırmaq üçün dərhal qardaş dialoqunu başlatmağa söz verir.

Bu barədə Malinin Baş naziri Bubu Sisse deyib.

O bildirib ki, hökumət hadisələrin gedişatını, xüsusən Bamakodakı iki hərbi bazadakı vəziyyəti böyük diqqətlə izləyir.

***

Üsyançıların lideri ölkə Prezidenti İbrahim Bubakar Keyt və Baş nazir Bubu Sissenin həbs edildiyini bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26