Interposta.Info

ABŞ-da ermənilərin soydaşlarımıza qarşı təxribatı baş tutmadı (FOTO)

Dünya
 27-07-2020, 09:26     475

ABŞ-ın Nyu-York şəhərində ermənilərin soydaşlarımıza qarşı hazırladıqları təxribat planı uğursuzluğa düçar olub.

"İnterPost" Report-a istinadən xəbər verir ki, kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan ermənilərin niyyəti puç olub.

Yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan "3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimayyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.

Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26