Interposta.Info

Ermənistan geri çəkildi: “Azərbaycan ərazisindəki neft-qaz infrastrukturuna zərbə endirmək niyyətində olmamışıq”

Dünya
 20-07-2020, 08:31     592

“Beynəlxalq kompaniyalar əmin ola bilər ki, Ermənistan bölgədə təhlükəsizliyin qarantı kimi çıxış edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ötən gün keçirdiyi brifinqdə çıxış edib. Onun iddiasına görə, ölkəsinin bölgədə gərginlik yaratmaq niyyəti yoxdur.

“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindəki neft-qaz infrastrukturuna zərbə endirmək niyyətində olmayıb, hansı ki, texniki cəhətdən bunu çoxdan edə bilərdi”,- deyən MN təmsilçisi absurd iddialarını davam etdirib. A.Ovannisyan bununla da Ermənistanın Tovuz cəbhəsindən hücuma keçməsinin arxasında dayanan gerçək səbəbləri gizlətməyə cəhd göstərib.

Artıq heç kəsin şübhəsi yoxdur ki, erməni ordusu öz himayədarının sifarişini yerinə yetirərək Tovuzdakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək və neft-qaz kəmərlərinə real təhlükə törətmək niyyətində olub, lakin burnu ovulmuş halda geri dönüb.

Döyüşlər zamanı Rusiyadan və KTMT-dən açıq dəstək ala biməyən Ermənistan indi niyyətini ört-basdır edir...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26