Interposta.Info

Britaniya şahzadəsi gizli şəkildə italyan milyonçuya ərə getdi (FOTO)

Dünya
 18-07-2020, 12:48     655

31 yaşlı ingilis şahzadəsi Beatris 37 yaşlı milyonçu Edoardo Mapelli Mozzi ilə iyulun 17-də Vindsor qalasında nikaha girib.

Bu haqda "Daily Mail” məlumat paylaşıb.

Qapalı mərasimdə cəmi 20 qonaq, o cümlədən 94 yaşlı Kraliça II Yelizaveta və Edinburq hersoqu Filip – Beatrisin nənəsi və babası iştirak ediblər. Şahzadənin atası hersoq Endryü Yelizaveta və Filipin üçüncü uşağıdır.

Qeyd olunur ki, toyda iştirak edənlərin sayı koronavirus səbəbindən minimal olub. Yeni evlənənlər pandemiya bitdikdən sonra daha böyük bir bayram təşkil etmək istəyirlər./qaynar

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26