Interposta.Info

ABŞ-dan sevindirici xəbər: Koronavirusun dərmanı tapıldı

Dünya / Müxtəlif
 30-04-2020, 16:53     717

Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması "Gilead Sciences” şirkətinə aid olan "Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, "The New York Times” xəbər verir ki, FDA-nın idarə heyətindən verilən açıqlamaya görə, COVID-19 xəstələrini müalicə etmək üçün sınanılan "Remdesivir” antiviral pereparatı üçün istifadə icazəsinin verilməsi planlaşdırılır. Bununla birlikdə ABŞ-ın dərman firması "Gilead Sciences” koronavirus xəstələrinin müalicəsində "Remdevisir”in istifadəsinə dair müsbət nəticələr əldə etdiyini bildirib.

Bu açıqlamadan sonra "Gilead Sciences” şirkətinin səhmləri birjada 9 faiz dəyər qazanıb. Xəbər, eyni zamanda ABŞ birjalarında ümumi yüksəlişə səbəb olub.

Qeyd edək ki, "Remdesivir” koronavirusun müalicəsində hələ ki, sınaq məqsədilə istifadə olunan dərmanlardan biridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26