Interposta.Info

Koronavirus Avropada yayılmaqda davam edir

Dünya
 27-02-2020, 14:03     346

Avropada son sutka ərzində Gürcüstan, Danimarka və Estoniyanın ardından Rumıniyada da yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın Səhiyyə naziri Viktor Kostake Daxili İşlər Nazirliyindəki təcili mətbuat konfransında verib.

Nazirin sözlərinə görə, virusa yoluxan şəxs ölkənin cənub-şərqindəki Qorj mahalının sakinidir və o, fevralın 18-22-də mahala gələn Rimini şəhərindən olan İtaliya vətəndaşı ilə təmasda olub. Rumıniyalının vəziyyəti qənaətbəxşdir, xəstəlik əlamətləri sezilmir.

Xatırladaq ki, dünən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin direktoru Hans Klüge yeni növ koronavirusun Avropanın 13 ölkəsində yayıldığını açıqlamışdı. Başqa sözlə, virusa yoluxma halları qeydə alınan Avropa ölkələrinin sayı artıq 17-yə çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26