Interposta.Info

Türkiyədə zəlzələ - 4 nəfər özünü eyvandan atdı

Dünya
 26-02-2020, 12:31     374

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib...
Zəlzələ 4,9 bal gücündə olub.

Zəlzələ yerli vaxtla 02:03-də Kale rayonunda, yerin 14 kilometr dərinliyində qeydə alınıb. Təkanların Elazığ vilayətində də hiss edildiyi bildirilib.

Narahat olan insanlar gecəni küçələrdə keçirib.

Zəlzələ baş verən zaman təlaşla özünü eyvandan atan dörd nəfər və ürək narahatlığı keçirən iki nəfər xəstəxanaya çatdırılıb./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26