Interposta.Info

Naməlum koronavirus Cənubi Koreyaya da çatdı

Dünya
 20-01-2020, 12:18     344

Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.

Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26