Interposta.Info

Tunis parlamenti ölkə tarixində ilk dəfə yeni hökuməti təsdiqləməyib

Dünya
 11-01-2020, 11:47     395

Tunis parlamenti yeni hökumətin tərkibini təsdiq etməyib.

Bu barədə “Tunis” agentliyi bildirib.

Qeyd edilir ki, yeni hökumət Tunisin təyin edilmiş baş naziri Həbibi əl-Jamli tərəfindən təklif olunmuşdu.

Deputatların əksəriyyəti - 134 nəfər təklif edilmiş namizədlərin əleyhinə səs veriblər.

Məlumata görə, bu hadisə ölkə tarixində ilk dəfə baş verir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26