Interposta.Info

Tramp: “İranın heç vaxt nüvə silahı olmayacaq”

Dünya
 6-01-2020, 20:18     329

"İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”.

Bunu ABŞ prezidenti Donald Tramp özünün "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.

Yaxın Şərqdə vəziyyət İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl Qüds” qanadının komandiri, general Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra pisləşib. İran ABŞ-a cavab verəcəyini, Birləşmiş Ştatlar isə qarşı tərəfi müharibə ilə hədələyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26