Interposta.Info

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

Dünya
 6-12-2019, 16:45     351

Böyük ehtimalla Rusiya ilə Türkiyə 2020-ci ildə “S-400” “Triumf” sistemlərinin əlavə partiyasının alınması haqda sənədə imza atacaqlar.

Bu haqda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.

D.Şuqayev qeyd edib ki, tərəflər məsələ ilə bağlı sistemli iş aparır, hər iki ölkə bu sahədə əməkdaşlığı davam etdirmək istəyir. O, əlavə edib ki, Rusiya Türkiyəyə rəqabətli qiymətlər çərçivəsində döyüş qırıcıları təklif etməyə də hazırdır.

Dekabrın 2-də Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi bildirib ki, Türkiyə böyük ehtimalla Rusiyadan növbəti partiya “S-400”-ləri əldə edəcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26