Interposta.Info

Qara dənizdə gəmi çevrildi, 14 min qoyun tələf oldu (VİDEO)

Dünya
 25-11-2019, 10:41     429

Qara dənizin Rumıniya sahillərində "Queen Hind” gəmisi Palau bayrağı altında qəzaya uğrayıb.

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, gəmidə qəfəslərə salınnmış 14 mindən çox qoyun olub. Məlumata görə, demək olar, bütün heyvanlar tələf olub.

Hadisə 24 noyabr bazar günü baş verib. Gəmi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getmək üçün yerli Midiya limanından yola çıxandan az sonra qəfildən çevrilib.

Suya qərq olan qoyunları axtarmaq üçün polis, yanğınsöndürənlər və sahil mühafizəçilərinin iştirakı ilə əməliyyat başladılıb. Nəticədə yük gəmisinin yanında üzən 32 qoyun xilas edilib.

22 suriyalıdan ibarət ekipaj üzvünə gəldikdə, onlardan yalnız birinin köməyə ehtiyacı olub. Həmin şəxs xəstəxanaya aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26