Interposta.Info

Köçəryan işində şahid olan general intihar etdi – Şok

Dünya
 24-09-2019, 10:57     10 360

Ermənistan Polisinin keçmiş rəisi Ayk Arutyunyanın meyiti tapılıb.

Bu məlumatı Ermənistan Polisinin mətbuat xidməti yayıb. Məlumata görə, Arutyunyanın meyiti öz malikanəsində dünən gecə saatlarında aşkar edilib. İlkin ehtimala görə, Arutyunyan intihar edib. Hadisə yerində odlu silah və giliz aşkarlanıb.

Qeyd edək ki, general-polkovnik Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri, 2003-2008-ci illərdə Ermənistan Polisinin rəisi olub.

Onun adı 1 mart hadisələri ilə bağlı başladılan cinayət işində şahid kimi keçib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26