Interposta.Info

ABŞ-dan həmlə - Körfəzə əsgər göndərir

Dünya
 23-09-2019, 09:46     10 364

ABŞ Səudiyyə Ərəbistanın “Aramco” neft şirkətinin zavodlarına dronla hücumların ardından Körfəzə hərbi qüvvə göndərəcək.

Musavat.com “Posta”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazirik Mark Esper deyib. O bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tələbi ilə hava hücumundan müdafiə məsələsində dəstək üçün Körfəzə hərbi qüvvə göndərəcək.

O, Yəmən qüvvələrinin Ərəbistanın “Aramco” neft şirkətinin zavodlarına dronlarla etdiyi hücumlarının bölgədə gərginliyi artırdığını söyləyib və bu məsələdə İranı ittiham edib.

“Səudiyyə Ərəbistanı və BƏƏ strateji obyektlərini qorumaq üçün bizdən dəstək istəyib. ABŞ Prezidenti Donald Tramp artıq dəstək göndərilməsi üçün icazə də verib. Bu baş vermiş hücumlara qarşı atdığımız ilk addımdır. Biz bundan başqa, onlara özlərini müdafiə edə bilsinlər deyə əlavə təchizatın göndərilməsini də sürətləndirəcəyik” – deyə, Esper bildirib.

Bundan başqa, nazir İranı təhdid edərək bildirib ki, lazım olsa hərbi müdaxilə etməyə də hazırdırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26