Interposta.Info

Putin jurnalistə görə iki generalı işdən çıxardı

Dünya
 13-06-2019, 17:22     10 298

Rusiya prezidenti Vladimir Putin jurnalist İvan Qolunovun həbsinə görə 2 polis generalını vəzifədən azad edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Həmin generallar Andrey Puçkov və Yuri Devyatkindir.

Qeyd edək ki, İvan Qolunova qarşı 6 iyunda külli miqdarda narkotik maddənin qanunsuz satışı ittihamı irəli sürülmüşdü. 36 yaşlı jurnalist əleyhinə atılmış bu addım narazılıqla qarşılanmış, böyük səs-küyə səbəb olmuşdu. Jurnalistin ölkədəki vəzifəli şəxslərin korrupsiyada iştirakına dair yazılarına görə cəzalandırıldığı bildirilirdi.

İyunun 11-də İ.Qolunova qarşı ittihamlar aradan qaldırılıb və o azadlığa buraxılıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26