Interposta.Info

ABŞ-ın sanksiyaları nəticəsində İranda bəzi dərman preparatlarının çatışmazlığı müşahidə edilir

Dünya
 28-05-2019, 16:21     10 504

ABŞ-ın sanksiyaları nəticəsində İranda sarğı və bəzi dərman preparatlarının çatışmazlığı müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, İranda bullyoz epidermaliz xəstəliyindən əziyyət çəkən xəstələr sarğı problemi ilə üzləşiblər. Bullyoz epidermaliz çətin sağalan dəri xəstəliklərindən biridir, uşaqlarda daha çox müşahidə olunur. Xəstəlik zamanı dəridə qabarlar əmələ gəlir və çürümə prosesi başlayır. Bunun qarşısını almaq üçün farmakologiya şirkətləri xüsusi sarğı hazırlayıblar. “Mepilex” adlanan bu sarğılar xəstənin ağrılarını azaldır və çürümənin qarşısını alır. Lakin sanksiyalar səbəbindən şirkətlər bu sarğıları İrana ixrac etməyi dayandırıblar.

İranın əməkdaşlıq etdiyi İsveçin “Molenlyke” farmakologiya şirkəti də ABŞ-ın sanksiyalarından qorxaraq İrana sarğı ixracından imtina edib.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, sarğı çatışmazlığı səbəbindən Tehranda bullyoz epidermaliz xəstəliyindən müalicə olunan 300 xəstənin vəziyyəti ağırlaşıb, 7 xəstə isə ölüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26