Interposta.Info

Latviyada Avropa Parlamentinə seçkilər başa çatıb

Dünya
 26-05-2019, 09:20     10 310

Latviyada Avropa Parlamentinə keçirilən seçkilər başa çatıb.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər 7:00-da açılan məntəqələr saat 20:00-da bağlanılıb. Seçkilərin nəticələrinin Avropa İttifaqına (Aİ) üzv ölkələrdə səsvermələrin tam başa çatmasından sonra elan ediləcəyi bildirilib. Səsvermədən sonra keçirilən mətbuat konfransında seçkilərin insidentsiz başa çatdığı qeyd olunub.

Qeyd edək ki, mayın 23-26-sı tarixlərində Aİ-yə üzv ölkələrdə Avropa Parlamentinə seçkilər keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26