Interposta.Info

Rəcəb Tayyib Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

Dünya
 19-03-2019, 16:29     10 359

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edam cəzasını bərpa etməyə hazır olduqlarını bildirib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Zonquldağ vilayətinin Eregli şəhərində yerli seçkilərə hazırlıq kampaniyası çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi mitinqdə bu yaxınlarda Yeni Zelandiyada məscidlərə terror hücumunu əks edən görüntülər nümayiş olunub.

Söylədiyi nitqdə həmin hadisələri şərh edən dövlət başçısı Türkiyənin də hədəfdə olduğunu bildirib: “Yeni Zelandiyadakı qatilin silahına yazdığı adlara, tarixlərə heç fikir verdinizmi? Mədəniyyətimizə qarşı düşmənliyini ən qanlı şəkildə ortaya qoyur. 50 qardaşımız ibadət anında alçaqca öldürüldü. Bunun hesabı veriləcək. 50 müsəlman qətlə yetirilir, maddə yoxdur deyəcəklər? İnsan həyatı nə qədər də ucuzmuş! Qanunlar dəyişdirilməlidir, vəssalam. Biz edam cəzasını ləğv edəndə səhv etmişik. Mən belə düşünürəm. Çünki 15 iyul gecəsi əsgərli, polisli 251 vətəndaşımızı qətlə yetirənləri ağırlaşdırılmış da olsa, ömürlük həbsə məhkum edildiyinə görə həbsxanada yedizdirmək mənə bərk toxunur. Əgər parlament bununla bağlı qərar versə, mən onu təsdiqləyərəm”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26