Interposta.Info

“Facebook”, “Twitter”, “YouTube”... - İran “İnstagram”ı da qapatdı

Dünya
 31-01-2019, 18:47     10 554

Sosial Şəbəkələr xalqı təhdid edir və “gəncləri fəlakətə” sürükləyir
Qərb mediası İranın İSNA agentliyinə istinadən xəbər verir ki, İranın İnformasiya və Texnologiya naziri cümə axşamı bildirib ki, “Instagram” üzərindən foto və video paylaşma proqramının blok edilməsi yalnız İslam Respublikası üçün yeni problemlər yaradacaq.

Nazir Məhəmməd Cavad Azəri-Cahromi Tehranda elektron bankçılıqla bağlı keçirilən konfransda deyib: "Biz “Instagram”a daxil olan materialların süzgəcdən keçirilməsi strategiyasını səmərəli saymırıq və bu, problemi həll etməyəcək, əksinə problemi daha da dərinləşdirəcək".

Bu ilin əvvəlində isə İran mətbuatı xəbər yaydı ki, Ədliyyə Nazirliyi “Instagram”ın qadağan edilməsini istəyib.

Respublika prokurorluğunun texnologiya məsələləri üzrə müavini Cavad Cavidian “Instagram”ı iran xalqını təcavüzə məruz qoymaqda suçlayıb. Bildirib ki, “İnstagram” xüsusilə gənclər üçün fəlakət"dir.

"Bəziləri deyirlər ki, “Instagram”ın istifadəsi müəyyən təhdidlər yaradır, lakin bir çoxu üçün bu sosial şəbəkə gündəlik həyatda mühüm vasitədir", - nazir belə deyib.

ABŞ və dünya gücləri arasında 2015-ci ildə İranla nüvə anlaşması əldə olundu. Ancaq ötən ilin may ayında Amerika bu anlaşmadan geri çəkildi və İrana sanksiya tətbiq etdi. Nəticədə İran iqtisadiyyatı böhranla üzləşdi.

Son illərdə “Facebook”, “Twitter”və “YouTube” kimi ictimai media platformalarına İranda giriş qadağan edilib. May ayında isə “Telegram” mesajlaşma şəbəkəsinin fəaliyyəti durdurulub.

“Instagram” İran İslam Respublikasında fəaliyyətinə qadağa tətbiq edilən son iri sosial şəbəkədir.

Məhdudiyyətlərə baxmayaraq, prezident Həsən Ruhani və digər yüksək səviyyəli səlahiyyət sahibləri əvəzləyici serverlər vasitəsilə “Twitter” kimi sosial şəbəkələrin xidmətindən istifadə edirlər./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26