Interposta.Info

Deputatın təcavüz etdiyi Zəhranın şok səs yazısı - Video

Dünya
 27-01-2019, 23:02     10 336

İranın Məlika şəhərinin millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, yanvarın 6-da isə cansız bədəni tapılan azərbaycanlı Zəhra Nəvidpurun telefon danışığının səs yazısı üzə çıxıb.

Sözügedən səs yazısı Z.Nəvidpurun Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə söhbətidir.

Danışıq zamanı keçmiş millət vəkili mərhum Zəhra Nəvidpura bildirib ki, onun təhlükəsizliyilə bağlı hər hansı problem yaranarsa, bununla bağlı Salman Xudadadi şübhəli bilinəcək. O, həmçinin vurğulayıb ki, bir çox məsul şəxslə danışıb, hamı Zəhra xanımın tərəfində olduğunu bəyan edib.

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpur yanvarın 6-da vəfat edib. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkənd) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.
Güneyli fəallar və yaxınları Zəhra Nəvidpurun qətlə yetirildiyini bildirirlər./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26