Interposta.Info

Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşım

Dünya
 13-01-2019, 10:07     10 380

PKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb.

Bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb.

Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib.

Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib:

"Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım oğurlanıb".

Buna baxmayaraq, o, Öcalanla bağlı xəbəri təkzib etməyib.|axar/az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26