Interposta.Info

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatdı

Dünya
 8-01-2019, 09:06     10 375

Gürcüstanda A (H1N1) virusundan ("donuz qripi”) 10 nəfər ölüb.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O deyib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: "Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26