Interposta.Info

Yaponiya hökuməti ödənişsiz məktəbəqədər təhsil siyasəti hazırlayıb

Dünya
 29-12-2018, 14:15     10 545

Yaponiya hökuməti məktəbəqədər yaşlı uşaqlar üçün ödənişsiz təhsilin yekun siyasətini hazırlayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin dekabrın 28-də keçirilən iclasında məlumat verilib.

Yaponiyada məktəbəqədər ödənişsiz təhsil 2019-cu ilin oktyabrında, istehlak vergisi hazırkı 8 faizdən 10 faizə qaldırıldıqdan sonra tətbiq ediləcək.

Yeni siyasətə görə, 3 yaşından 5 yaşınadək uşaqlar uşaq bağçalarına və ya uşaqlara xidmət üzrə sertifikatlaşdırılmış müəssisələrə ödənişsiz gedəcəklər. Yerli bələdiyyələrin icazə verəcəyi təqdirdə, sertifikatı olmayan müəssisələrdən istifadə edənlərə də yardım göstəriləcək. Yardımın miqdarı üçün yuxarı həddin də tezliklə müəyyən ediləcəyi bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26