Interposta.Info

“Azərbaycandan gəlmələr” İrəvanda etiraza qalxdı - Video

Dünya
 17-11-2018, 09:07     10 438

I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə qarşı etirazlara başlayıb.

Ermənistanda “Azərbaycandan gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz aksiyası keçirib. “Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini Vaçe Terteryanın onların evlə təmin edilməsi məsələsinə mənfi cavab verməsinə etiraz edirlər.

V.Terteryan bildirib ki, 2019-cu il dövlət büdcəsinə qaçqınlıarın mənzil məsələsi daxil edilməyib.

Etirazçılar “Ermənistanda illərdir yaşayırıq, amma evsizik. Serj Sərkisyanın dövründə bilirdik ki, bizi saymırlar. İndi hakimiyyət dəyişib, biz haqqımızı tələb edirik. Bizi niyə “Azərbaycandan gəlmə” adlandırırlar? Biz Azərbaycanda aşağı təbəqə sayılmırdıq, amma bu gün Ermənistanda üçüncü, dördüncü söz insanı sayılırıq, bizi aşağılayırlar” deyə bildirirlər.

“Azərbaycandan gəlmə” olan bir qadın Ermənistan pasportunu göstərərək, “İstəyirik ki, bizi qaçqın, “Azərbaycandan gəlmə” adlandırmasınlar, nə üçün bizim uşaqlar məktəbdə utanmalıdır?!” deyə etiraz edib.

Etirazçılara yaxın günlərdə onların probleminin ətraflı öyrəniləcəyi vədi verilib. Lakin etirazçılar illərdir əziyyət çəkdiklərini deyir və artıq vədlərə inanmadıqlarını bildirirlər./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26