Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” – VİDEO, FOTO
8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib. Bu zaman o, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə o jurnalistlərin sualına cavab verməkdən imtina edib, üzünü də kağız ilə gizlədib.
Onu izləyənlər arasında azərbaycanlı jurnalist də olub. Onun da suallarına Zamirə Hacıyeva cavab verməyib.
Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26