Interposta.Info

Qaşıqçının nişanlısı Trampın dəvətini qəbul etmədi

Dünya
 27-10-2018, 18:08     10 339

Musavat.com CNN-ə istinadən xəbər verir ki , Səudiyyə Krallığının İstanbul konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Trampın Ağ Evə dəvətini qəbul etməyib.

“Trampın dəvət etdiyi ərəfədə çıxışları ilə sonrakı çıxışları bir-birinə ziddir. Onlar sadacə ictimaiyyətin rəğbətini qazanmaq üçün edilib” – Xədicə Çingiz bildirib.

Keçən həftə Xədicə Çingiz bəyan etmişdi ki, əgər Tramp cinayətin açılmasında səy göstərəcəkdisə dəvəti qəbul edəcəkdi. Lakin dünən verdiyi bəyanla dəvəti rədd edib.

“ABŞ-a getməyi düşünmürəm. Gedib-getməyəcəyim sadəcə gedişatdan asılı ola bilər”- Xədicə bildirib.
Tramp Qaşıqçının öldürülməsini pisləsə də Səudiyyə Krallığının açıqlamasına inandığını bəyan edib. O, eyni zamanda keçən il razılaşdırılan Səudiyyəyə silah satışını durdurmayacağını və anlaşmanın olduğu kimi qüvvədə olduğunu da deyib.

Xədicə Çingiz eyni zamanda onu da bildirib ki, ABŞ Dövlət Katibi ona dəvətdən sonra zəng edib və Ağ Evin əlavə məlumatı olmadığını bildirib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26