Interposta.Info

“Mamayev və Kokorin Rusiyanın neft pullarının eybəcər təzahürləridir" -

Dünya
 12-10-2018, 12:04     10 391

Rusiya futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevin ölkənin avtomobil sənayesinə rəhbərlik edən iki yüksək rütbəli dövlət məmuru Denis Pak və Sergey Qaysini döyməsi Qərb mətbuatında da geniş yer alıb.

Hadisənin “qəhrəmanları” bununla yetməyib bir teleaparıcının sürücüsünü də əzişdiriblər.

“Neft pullarının “tərbiyələndirdiyi”, istedadlarına layiq olmayan pullar alan bu “futbolçular”dan başqa bir şey gözləmək olmazdı”, - İspaniyanın “La Vanguardia” qəzeti yazır.

Yazıda bundan daha öncə adları bir çox hadisələrə qarışan həmin idmançıların yalnız indi cəzalandırılmalı olması barədə Kreml və ictimai rəydə həmrəyliyin olduğuna diqqət çəkilir.

“Kokorin ildə 3,5 milyon, Mamayev isə 2,5 milyona avro maaş alır. Bu pullara görə Rusiya futbolçularının Avropa liqalarına getməyə zərrə qədər həvəsləri yoxdur. Sadə ailələrdə doğulan futbolçular əhalinin 20%-nin kasıblıq həddindən də aşağı səviyyədə yaşadığı bir ölkədə özlərini “taclandırılmamış şahzadələr” kimi aparırlar. Neft pulları ölkədə pulları öz kaprizlərinə sərf edən insanlar nəsli yetişdirib”, - qəzet yazır.

Məqalə müəllifi İqnasio Orteqa vaxtilə böyük gələcək vəd edən bu oyunçulara Rusiyada heç kmin yazığı gəlmədiyini vurğulayır.

“Əgər onları günahkar çıxarsalar, heç kim acımayacaq. Rusiyalılar bunlara hələ bir çox qudurğanlıqlarına görə hökmlərini oxuyublar. Sadə insanlar adı çəkilən idmançıalrn Avropa çempionatının birinci mərhələsində milli komandanın uduzduğu günün gecəsi Monakoya gedib orada 250 min avro xərcləyib əylənmələrini bağışlaya bilmirlər”, - yazıda qeyd olunub./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26