Interposta.Info

İsrail Ermənistan diplomlarını tanımadı, İran isə…

Dünya
 11-09-2018, 18:17     10 373

Ermənistan Təhsil Nazirliyinin nümayəndə heyəti İrana Ermənistan universitetlərinin diplomlarının tanınması məsələsinin müzakirəsi üçün yola düşəcək.

Bunu parlamentdə çıxışı zamanı Ermənistan Təhsil naziri Araik Arutyunyan deyib. Onun sözlərinə görə, İran Təhsil Nazirliyi Ermənistandakı təhsilin keyfiyyətindən narahatdır:

“Bizim İrandan olan həmkarlarımız narahatdırlar. Mən yaxın zamanlarda İrana gedəcəyəm. Mənimlə birgə bir sıra universitetlərin rəhbərləri də gedəcək və biz məsələni yerində müzakirə edəcəyik. İran bazarı Ermənistan üçün çox vacibdir”.

O, İsraillə məsələnin daha qəliz olduğunu deyib. Nazirin sözlərinə görə, rəsmi Təl-Əviv Ermənistan diplomlarını tanımaqdan tam imtina edib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26