Interposta.Info

Haqqani terror qrupunun lideri öldü

Dünya
 4-09-2018, 10:57     10 351

Haqqani terror təşkilatının lideri Cəlaluddin Haqqani vəfat edib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, terrorçu lider uzun müddət davam edən xəstəlikdən sonra ölüb. Bu barədə Taliban məlumat yayıb. O, Əfqanıstanda dəfn ediləcək.

Qeyd edək ki, Haqqani qrupu 1970-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən Sovet qüvvələrinə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. Təşkilat 2012-ci ildə ABŞ tərəfindən terror qrupu kimi tanınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26