Interposta.Info

ABŞ-da qaçırılmış sərnişin təyyarəsi qəzaya uğradı

Dünya
 11-08-2018, 18:47     10 331

ABŞ-da Sietl yaxınlığında “icazəsiz uçuş” həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.

İlkin məlumata görə, təyyarəni 29 yaşlı intihara meyilli kişi idarə edib və göyərtədə ondan başqa heç kim olmayıb.

Sahil-mühafizə xidmətinin məlumatına görə, təyyarə Sietlin Takoma aeroportundan oğurlanıb. Təyyarəni saxlamaq üçün F-15 hərbi qırıcıları havaya qalxıblar və qəzanın şahidi olublar.

Hadisə yerinə xilasedicilər yollanıb. Hava limanı bir müddət reysləri dayandırıb, lakin sonra işini bərpa edib.

Polis oğurluq hadisəsinin terrorla bağlı olmadığını bildirib. Telekanal əlavə edib ki, aeroportun dispetçerləri oğurluq edən şəxslə danışıq apararaq, onu şəhər üzərindən kənara apara biliblər.

Cinayətkarın kimliyi hələlik dəqiq bilinmir, hava limanının əməkdaşı olduğu ehtimal olunur.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını müəyyənləşdirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26