Interposta.Info

Bin Ladenin anası: “Oğlumun beynini yudular”

Dünya
 3-08-2018, 21:09     10 430

“Əl-Qaidə” terror təşkilatının təsisçisi və lideri Usama bin Ladenin anası ilk dəfə müsahibə verib.

Uzun illər bin Ladenin ailə üzvləri, anası Aliyə Hanem onun barəsində, fəaliyyəti haqqında danışmaqdan imtina edib. Uzun zaman sonra Səudiyyənin hökumət nümayəndəsinin iştirakı ilə “The Guardian” nəşrinə müsahibə verən Aliyə Hanem və ailəsi danışarkən ehtiyatlılıq göstərib.

İkinci dəfə evlənən Aliyə Hanem Usamanı 3 yaşından bəri atalığının böyütdüyünü, oğlunun yaxşı uşaq olduğunu bildirib: “Mənim həyatım çətin keçib, çünki Usama məndən uzaqda idi”.

Anası deyir ki, Usama yaxşı biri olub, təhsilə maraq göstərib. Onu universitet illərində qoşulduğu insanlar dəyişib və o, başqa adama çevrilib: “20 il onun beynini yuyublar. Siz bunu kult da adlandıra bilərsiniz. Onlar görükləri işlərin qarşılığında pul alırdılar. Mən həmişə Usamaya o insanlardan uzaq durmağı tapşırırdım. Oğlum məni o qədər sevirdi ki, heç vaxt gördüyü işin mahiyyətini mənə etiraf etməmişdi”.

Anasından fərqli olaraq qardaşı Əhməd Usamanı yaxşı biri kimi xatırlamır. Onun sözlərinə görə, aradan 17 il keçməsinə baxmayaraq anaları hələ də Ladeni terrorçu kimi qəbul eləmir. Əhməd deyir ki, anası oğlunu o qədər sevir ki, törətdiklərində Usamanı yox, ətrafını günahlandırır.

Əhmədin sözlərinə görə, 11 sentyabr hadisələri yaşananda bu işdə qardaşının əli olduğunu başa düşmüşdülər: “Mən çox sarsılmışdım. Bu, çox qəribə hiss idi. Ailəmizdə böyükdən kiçiyə hamımız ona görə utanırdıq.

Bin Laden ailəsi qeyd edir ki, Usamanı sonuncu dəfə 1999-cu ildə Əfqanıstanda görüblər/"Qafqazinfo".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26