Interposta.Info

Trampın NATO-nu silkələyən çıxışı: Ərdoğandan başqa…

Dünya
 17-07-2018, 14:30     10 460

Brüsseldəki NATO zirvəsi ABŞ mətbuatında müzakirə olunmağa davam edir.

ABŞ-ın CBS televiziyasında çıxış edən jurnalist Yan Bremmer Trampın zirvəyə damğa vuran çıxışlarından daha əvvəl eşidilməmiş ifadələri tamaşaçılarla bölüşüb.

Bremmer NATO liderlərinin müdafiə büdcəsində artım etmək istəmədiyi üçün Trampın çox əsəbi olduğunu qeyd edib:

“Liderlərin bir çoxu “parlamentdən icazə almalıyıq”, “davam edən bir proses var” deyirdi. Daha sonra Tramp Ərdoğana tərəf çevrildi. “Ərdoğandan başqa heç kim işini düzgün icra etmir” dedi. Sonra da Ərdoğanla yumruqlarını toqquşdurdu”.Axar.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26