Interposta.Info

Avstriyada idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub

Dünya
 4-07-2018, 16:43     10 416

Aşağı Avstriya federal torpağında idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

AZƏRTAC “Kronen Zeitung” qəzetinə istinadla xəbər verir ki, insident iyulun 4-də yerli vaxtla saat 10:15-də Bad-Föslau şəhəri yaxınlığında qeydə alınıb.

Hüquq mühafizə orqanlarının məlumatına əsasən, uçuş-eniş zolağı yaxınlığında baş verən qəzanın səbəbləri hələ ki, bəlli deyil. Polis hadisə ilə əlaqədar təhqiqata başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26