Interposta.Info

Azərbaycanın “qara siyahı”sında olan tanınmış aparıcı intihar etdi

Dünya
 8-06-2018, 19:29     10 407

CNN-in məşhur yazarı və “Bilinməyən yerlər” teleşousunun aparıcısı, 61 yaşlı Antoni Burden ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə CNN açıqlama yayıb. Verilən məlumata görə, tanınmış aparıcı özünü öldürüb.

Verilən məlumata görə, aparıcı Parisdə səfərdə olarkən intihar edib. Onun meyiti qaldığı otelin otağında tapılıb. Antoni Burden Fransaya “Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün səfər etdiyi qeyd edilir.

Xatırladaq ki, Antoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səbəbdən də, tanınmış aparıcı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında idi.

interposta.info

Azərbaycanın “qara siyahı”sında olan tanınmış aparıcı intihar etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26