Interposta.Info

Parisdə leysan yağışlar nəticəsində metro və küçələri su basıb

Dünya
 30-05-2018, 16:01     10 472

Parisdə leysan yağışlara görə küçələri və bir neçə metro stansiyasını su basıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yerli KİV qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət etdiyini yazıb. Bundan baqşa, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb.

Əlverişsiz hava şəraiti səbəbi ilə yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə etmək məcburiyyətində qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26