Interposta.Info

Paşinyandan şok: Küçələri bağlamağı dayandırın - Canlı

Dünya
 26-04-2018, 12:45     10 446

İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib.

Axar.az xəbər verir ki, etirazçılar İrəvandakı yolları bağlamağa başlayıblar. Etirazçıların 19:00-da yenidən Respublika meydanında toplanması nəzərdə tutulub.

Yolların bloklanmasının qarşısını almaq üçün polis aksiyaçılarla danışıqlar aparır.

***

Ermənistan parlamentində baş nazir seçkisinin keçirilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.

Məlumatı Ermənistan parlamentinin sədri Ara Babloyan yayıb.

***

Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı dayandırmağa çağırıb.

Paşinyan buna səbəb kimi yolların bağlanılması zamanı bir sıra insidentlərin yaşanmasını göstərib. O, bəzi şəxslərin bundan istifadə edərək, digər vətəndaşlara qarşı kobudluğa yol verə biləcəklərini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26