Interposta.Info

Ərdoğan 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı verdi

Dünya
 24-04-2018, 17:55     10 384

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə Osmanlı İmperiyası dövründə dünyasını dəyişmiş ermənilərin yaxınlarına başsağlığı göndərib.

"XeberBiz" bildirir ki, Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan həyatını itirən erməniləri yad etdiyini deyərək onların nəvə və övladlarına başsağlığı verib. O, tarix boyu erməni vətəndaşlarına ayrıseçkilik edilmədiyini, bu millətin kədərini paylaşmağın türk millətinin vicdan və əxlaq məsələsi olduğunu vurğulayıb və hər zaman sülh, qardaşlıq, sabitlik tərəfdarı olduqlarını qeyd edib.

Türkiyə prezidenti eyni dövrdə köç, müharibə, xəstəliklər səbəbilə ölən digər Osmanlı vətəndaşlarını da yad edib.

Qeyd edək ki, bu gün qondarma erməni soyqırımının anım günüdür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26